Seriallar

"Klon"un "Hade"si haqda bilmədiklərimiz - FOTO

14 May 2018 21:10
36 Şərh     Baxış: 6 086

Hamımızın "Klon" serialından "Hade" deyə tanıdığı braziliyalı aktrisa haqda xeyli mif eşitmişik. Bəs aktrisa indi nə edir? Serialdakı obrazı ilə həyatı nə qədər üst-üstə düşüb?

Milli.Az oxu.az-a istinadən Ciovanna Antonelli barədə bilmədiklərinizi təqdim edir.

Ciovanna Antonelli 1976-cı ildə Rio De Janeyroda anadan olub. O, kariyerasına 15 yaşında - 1991-ci ildə "Clube da Criança" proqramında assistent olaraq başlayıb.

Daha sonra seriallarda müxtəlif obrazlar canlandıran aktrisa ilk uğurunu 2000-ci ildə çəkildiyi "Laçoslar ailəsi" serialında qazanıb. O, ifa etdiyi rola görə beş mükafatlandırma mərasimində "Ən yaxşı aktrisa" mükafatına layiq görülüb. 

Aktrisaya ən böyük uğuru isə "Klon" serialı gətirib.O, 2001-ci ildə çəkilişləri başlayan serialdakı obrazına görə səkkiz mükafat qazanıb.

Sənətçinin bu illərdə eşq həyatı da boş keçməyib. O, Rikardo Medina ilə 2000-ci ilin sentyabr ayında evlənib.

Ancaq onların bu sevgisi 2002-ci ildə sona yetib. Cütlük həmin ilin fevral ayında ayrılıb.

Ciovanna ürəyini 2002-ci ildə "Klon"un "Lukas"ı, aktyor Murilio Benesioya verir. Onların üç il davam edən münasibətlərindən isə 2005-ci ilin mayında bir oğlu dünyaya gəlir.

Elə həmin ilin noyabr ayında isə "Lukas" və "Hade" münasibətlərinə son qoyur.

Bu ayrılıqdan sonra Ciovannanın adı məşhur iş adamı Aleksandr Assioli ilə hallanır.

Onun bu münasibəti qısa çəkir və 2005-ci ildə aktrisa amerikalı iş adamı Robert Lokaskio ilə nişanlanır. Lakin Ciovanna bu münasibətdən də üzüağ çıxmır. Onlar dörd ay sonra ayrılırlar.

2007-ci ildə daha bir biznesmen Artur Fernandes ilə sevgili olan sənətçi onunla 2009-c ildə münasibətini sonlandırır.

Eyni ildə rejissor Leonardo Noquera ilə evlənən aktrisa 2010-cu ilin oktyabr ayında əkiz qız anası olur. Antonia və Sofia hər iki valideynin soyadını götürüb.

Cütlük hazırda nikahlarını davam etdirirlər.

Ciovannanın Murilio Benesiodan ("Lukas") dünyaya gələn oğlu isə hər iki valideyni ilə yaşayır və onlarla vaxt keçirir.

Qeyd edək ki, Murilio Benesio Ciovannadan ayrılandan sonra "Klon" serialında "Mel" obrazını canlandıran Melissa Ferraz ilə ailə qurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

36 Şərh:

  • Anonim
    Tovuzlu Tutu · 14 May 21:1940

    O illərdə bacım o qədər Hadeyə oxşayırı ki görənlər mat qalırdı

    Cavab yaz
    • Anonim
      Filiz · 15 May 07:3460

      Su kimi saf qaygisiz illerimiz

      Cavab yaz
  • Anonim
    ❤❤ .. Emmaa ..❤❤ · 14 May 21:2091

    Usaqlıq günlerim).... İller ucure! Her seriyasına baxırdım ..

    Cavab yaz
  • Anonim
    du er ikke alene · 14 May 21:2141

    tewekkurler meqaleye gore.

    Cavab yaz
  • Anonim
    asi · 14 May 21:2282

    Nə təsadüf, bu gün Klon serialından bəzi fraqmentlərə baxmışdım)..Keçmiş üçün çox darıxmışdım, və nədənsə, ağlıma gələn ilk şey bu serial oldu)..Necə həvəslə baxardıq, səhəri məktəbdə bütün sinif uşaqları yığılıb mehribancasına serialdan danışardıq..Heyif o günlərin gözəlliyindən, yerini özgə hisslər, özgə yaşam tərzinə verdi...Heç sevmədiyim və həmişə vulqar və ədəbsiz kimi qəbul etdiyim göbək rəksini də bir tək Klon serialında sevə bilirəm)..Hər cür mədəniyyətə aid insanları özünə bağlaya bilmişdi.

    Cavab yaz
    • Anonim
      orxideya · 15 May 08:5140

      Asi, oryental rəqs demişkən, bu rəqsi bizimkilər vulqar oynayir. Rəqsi peşəkar oynayanlarin hər hərəkətində axiciliq, incəlik, dalğavarilik,elastiklik olur.

      Cavab yaz
      • Anonim
        asi · 15 May 09:3620

        Hə düzdü.Elə bizimkilərin oynamağından zəhləm gedir ən çox...Bizim milli rəqslərin elementlərini başqa xalqlar düzgün oynamadığı kimi, şərq rəqsini də bizimkilər oynaya bilmir..Daha da pis görsənirlər...

        Cavab yaz
        • Anonim
          orxideya · 15 May 11:0420

          Şərq ruhunu duymaq üçün ən gəzməli şəhərlər siyahisina daxildir Fəs şəhəri. Ömür vəfa edərsə və cib müsaidə edərsə, gəzmək istədiyim şəhərlər siyahisina daxildir Fəs şəhəri. Tirtilli dar ensiz küçələrini, dəri aşilanan məkanlarini, tarixi yerlərini, çarşili bazarlarini, muzeylərini gəzmək istərdim. Asi, 12-13 il bundan qabaq Misirdə olanda toylarinda görmüşdüm oryental rəqsi. Onlar darbuka məsri deyirlər. Kök başibağli yaşli qadinlar darbuka məsrini elə incəliklə süzürdülər ki...)))

          Cavab yaz
          • Anonim
            asi · 15 May 11:3010

            Qismət olar, gedərsən).. Amma dəri aşılanan yerlərdə isti havada nəfəs almaq bir az çətin olar yəqin)). Seroalda görmüşdüm o yerləri, indi xatırlayıram..Onların özləri kimi oynayan olmaz).. Mən canlı rəqsi Türkiyədə görmüşdüm. Qız türk deyildi, ərəbcə danışırdı, o saat hiss olunurdu oynamağın fərqi). Qandan keçə gərək, sonradan öyrənmək yamsılamaqdı sadəcə))..

            Cavab yaz
  • Anonim
    Tovuzlu E · 14 May 21:3630

    Mel,onun eri, Lukas, Seide turk kanalinda brazilya serialinda istirak edirler... Klon seriali da ki olkemizde en cox izlenen serial olub

    Cavab yaz
    • Anonim
      asi · 14 May 22:0781

      Mən Lukası heç vaxt xoşlamırdım)). Həmişə istəyirdim ki, Hade Səid ilə qalsın..Bayaq baxanda da hiss etdim ki, köhnə fikrim dəyişməyib))..

      Cavab yaz
      • Anonim
        Tovuzlu E · 14 May 23:2721

        Yox men eksine Lukasla qalmagini isteyirdim Zehlem getmis Seid )

        Cavab yaz
  • Anonim
    Tovuzlu E- yə · 14 May 21:5121

    Adınızı bilmək olar?

    Cavab yaz
    • Anonim
      Tovuzlu E · 14 May 22:0110

      Deyesen konkret yox cavabi yazmasam , her yerde sorusacaqsiz )

      Cavab yaz
      • Anonim
        */* · 14 May 22:4430

        Tovuzlu,Elarizden,Elmeddinden bir wey de,yoxsa harda gorse soruwacaq)

        Cavab yaz
    • Anonim
      yalnizlik · 14 May 22:2380

      Klon usaxliga ait olmuyan .usaxlix seriyalimiz ..o gunler olardi .10 ilden cox vaxt olar .necede tez kecdi vaxt .dogrudu dersde qizlarla yigilib bunu danisirdix ...baxmiyandada dersden tez ya icaze yada qacirdix ki gunorta tekrarina baxax .bilerzikleri satilirdi cox gozel indide satilar yeqin ki ..hele katarina petruco ...sonralarda hind seriyali zaraa:::((((

      Cavab yaz
  • Anonim
    H.H · 14 May 21:5416

    Usaqliqda olurdum de bundan oteri.Indi artiq qocalib.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 May 22:0952

    Bizim usaqlar mektebde hamisi ozun Lukasa qizlarda Hadiye oxsadirdilar daha ölürdülerde ))) Menim o serialda bir Seid birde Mel xaosuma gelirdi coxxxx

    Cavab yaz
  • Anonim
    H.H · 14 May 22:1965

    Clon serialini vaxtile boyuk kutle izleyirdi.Seriali daha da maraqli eden bas rollarda geden hade ile lucas idi.Kisiler hadeye gore,xanimlarda lucasa gore o seriali izleyirdi))

    Cavab yaz
  • Anonim
    H.s · 14 May 22:2755

    Gor nece usaqligi olube burdaki sherhcilerim)))beh beh.menim anam bizi oldurerdi klon serislina baxmaga qoymazdi hechvaxt.hec o usaga aid serial idi ay sherhciler?hele sinfde muzakire edrmish asigil)))))

    Cavab yaz
    • Anonim
      yalnizlik · 14 May 23:4230

      Armtam omur boyu qoymayib baxmaga hec bir seriyala qorxurdux ki bilr bizi oldurer .evde olmurdu baxirdix .olandada nenemgilde qacib baxurdix ..nedeki evlilik verlisleri bizimkilrin ..en qorxdumuz bir seyiydiki birce biler bizi olduer dehset qorxurdux .yaninda sohbet dusende titimtitim esirdim ki bilifbi nedi :::((

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 May 23:5660

        Menim papam hec vaxt hec bir seriala baxmaqa qadaqan qoymuyub bir yerde baxirdik seriallara verlislere nenem bizde olanda lap dehset olurdu nenemin sesinden basqa hec ne eside bilmirdik ozude en maraqli yerinde balayirdi bize tercume etmeye o qeder hirslenirdim heyf o gunlerdennnnn))) Mamam mene goz qas edirdi mende mamama hirsimizden imkan vermirdi ki nenem taraz basli baxak )))

        Cavab yaz
        • Anonim
          du er ikke alene · 15 May 00:2620

          deyesen serialin en maraqli yerinde daniwmaq butun nenelere mexsusdu)))

          Cavab yaz
        • Anonim
          Hell · 15 May 01:2032

          Bu gece rayonlarimizi ermeni digalari atewe tutub. Birazda o haqda yazin sen cani. Etiniz tokulsun

          Cavab yaz
        • Anonim
          Türkan · 21 May 22:4700

          Ay Allah eyni taleni yaşamışiqki.Bu serial gedende babam bizi rahat qoymurdu.Gozhnun altdan arvadlara baxirdi.Bir de öpüşən yerdə olanda utanirdiq mamamla men.sen deyen kimi hirsimizden giz qas edirdik bir birmize.babam qoymurdu))))

          Cavab yaz
    • Anonim
      MiruMir · 15 May 02:4621

      O vaxti ancaq Brazilya seriallari verilirdi baxirdiq. Biz sukurluyuk. İndiki usaqlar nelere baxa baxa boyuyur)))

      Cavab yaz
    • Anonim
      asi · 15 May 08:3800

      Hələ baxmamısan Hadedən ötrü ölürmüşsən..Gör baxsaydın, nə vəziyyətə düşərmişsən)))..

      Cavab yaz
      • Anonim
        H.H · 15 May 12:4000

        H.s niki men deyilem sen ne danisirsan?

        Cavab yaz
        • Anonim
          asi · 15 May 14:4801

          Sory, s hərfinə fikir verməmişəm..

          Cavab yaz
  • Anonim
    MiruMir · 15 May 02:4320

    Serialda Mel Lukasin qizi idi. Demeli serialda ata-bala, gercek heyatda ise er-arvad olublar sonradan))) Serialda Hadeye hedsiz eseblewirdim))) Usaqliq serialim)))

    Cavab yaz
  • Anonim
    orxideya · 15 May 08:3260

    Mən bu seriali çox sevirdim. Müsəlman Şərqində din və mentalitetin əzdiyi qadinlari həyati o qədər incəliklə təsvir olunurdu ki..Hade obrazini təqdir edirdim. Səid və Maisa serialin ən əzab çəkən obrazlari idi. Hadeni Zeynə yaraşdirirdim. Ancaq bu serial heç vaxt Mərakeşdə yayimlanmayib. Bir-iki mərakeşli tanidiqlarimdan soruşmuşam.

    Cavab yaz
  • Anonim
    orxideya · 15 May 08:3850

    Tez-tez Youtube-də Gilberta Santo- Mentira və Marcus Viana-Tan solo por amor (el clon) sauntrack-lara qulaq asiram.

    Cavab yaz
  • Anonim
    orxideya · 15 May 12:2840

    Bilirəm, dözülməz spesifik qoxusu var, elə Fəsin ruhunu duymaq üçün elə yerlərini və bazarlarini gəzmək lazimdir. Yoxsa gününü oteldə keçirib, restoranda yeyib. bir-iki muzey gəzməklə şəhərin ruhu duyulmaz ki....Şablon səyahət mənə görə darixdiricidir.

    Cavab yaz
  • Anonim
    Drakon_32 · 19 May 20:5020

    Keçmiş günlər...

    Cavab yaz
  • Anonim
    KT · 23 May 00:1310

    Bu xeberleri turkler verir sora siz verirsiz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.