Sağlam qida

Çay və qəhvə ilə əlaqədar araşdırmanın nəticələri açıqlandı

30 Oktyabr 2023 08:35
Baxış: 1 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çay və qəhvəyə şəkər əlavə etmək orqanizmə mənfi təsir göstərmir.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu, Niderlandın Leyden Universitetinin alimlərinin apardığı tədqiqat zamanı üzə çıxıb.

Tədqiqatın nəticələri "PLOS One" jurnalında dərc olunub.

Alimlər 32 il ərzində çay və qəhvələrinə müntəzəm şəkər əlavə edən 3 min tədqiqat  iştirakçısını müşahidə ediblər və əldə olunan məlumatları analiz ediblər. Müşahidənin başlanğıcında və sonunda alimlər tədqiqat iştirakçılarının sağlıq durumlarını araşdırıb, o cümlədən bu müddət ərzində vəfat edən bir sıra tədqiqat iştirakçılarının ölümünün səbəblərini araşdırıblar.

Təhlillərin nəticələri göstərdi ki, bu ölümlər içkilərə şəkərin əlavə edilməsi ilə əlaqəli deyil. Ancaq  içkilərə şəkər yalnız 2,5 qrama qədər əlavə edildikdə insanların orqanizminə mənfi təsir göstərmir. Tərkibində 25 qrama qədər şəkər olan qazlı içkilər, şirələr və digər içkilər insan sağlamlığına təsir göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.