Rusiya

Zelenski: "Donbas heç vaxt Rusiyaya verilməyəcək”

26 Yanvar 2026 19:08
Baxış: 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, sülh müqaviləsi çərçivəsində Donbas əraziləri heç bir halda Rusiyaya verilməyəcək və kompromis yolu axtarılmalıdır.

Milli.Az xəbər verir ki, Litvanın paytaxtı Vilnüsə səfəri zamanı keçirilən mətbuat konfransında o, vurğulayıb ki, Ukraynanın mövqeyi dəyişməzdir və ərazilərdən imtina olunmayacaq.

Zelenski əlavə edib ki, ABŞ tərəfindən Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri barədə sənəd artıq tam hazırdır. İndi təkcə imzalanma tarixi və yeri gözlənilir. Sənəd təsdiqləndikdən sonra ABŞ Konqresinə və Ukrayna parlamentinə təqdim ediləcək. 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.