Rusiya

Rusiyada azərbaycanlı qadına hökm oxundu

28 Avqust 2025 16:11
Baxış: 662
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ryazan sakini Ukrayna hərbi kəşfiyyatı üçün Rusiya təhlükəsizliyinə xələl gətirə biləcək məlumat toplamağa cəhd etdiyi üçün məhkum edilib.

Milli.Az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

55 yaşlı Azərbaycan vətəndaşı "WhatsApp" və "Signal" vasitəsilə Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə saxlayaraq kəşfiyyat məlumatları toplamış, lakin FSB əməkdaşları tərəfindən dayandırılmışdır.

Ryazan vilayət məhkəməsi onu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etməsi səbəbi ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində 5 il müddətinə azadlıqdan məhrum edib.

Cinayət işi xarici dövlətlərlə əməkdaşlıq maddəsi ilə açılıb və FSB həbsin videosunu ictimaiyyətə təqdim edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.