Rusiya

Rusiyada miqrantlarla bağlı qadağa qərarı qüvvəyə minir

31 Mart 2025 17:07
Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada 2025-ci ilin aprelin 1-dən rus dilini bilməyən miqrant övladlarının məktəblərə qəbulunu qadağan edən qanun qüvvəyə minəcək.

Milli.Az xəbər verir ki, əcnəbilər Rusiya ərazisində olmalarının qanuniliyini təsdiq edən sənəd təqdim edilməklə əsas ümumi təhsil proqramları üzrə məktəbə qəbul ediləcəklər.

Məktəbə qəbul olmaq üçün şagird rus dili biliyi ilə bağlı imtahandan uğurla keçməlidir. Ödənişsiz olacaq testin keçirilməsi qaydası Rusiyanın Təhsil Nazirliyi tərəfindən müəyyən edilib.

Təhsil Nazirliyinin əmrinə əsasən, sınaq imtahanlarından müvəffəqiyyətlə keçmək üçün minimum üç bal həddi müəyyən edilib.//Report

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.