Rusiya

İsinmək üçün maşın oğurladı

25 Mart 2025 10:54
Baxış: 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın İrkutsk şəhərində evsiz kişi soyuq havada isinmək üçün avtomobil oğurladığına görə saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İrkutsk vilayətinin polisindən bildiriblər.

Bu yaxınlarda 26 yaşlı qadın "Toyota Passo" markalı avtomobilinin itməsi ilə bağlı polisə müraciət edib. Onun sözlərinə görə ki, evinin yaxınlığında maşını mühərriki işlək və qapıları açıq vəziyyətdə qoyub, bir neçə dəqiqədən sonra geri qayıdanda avtomobil artıq orada olmayıb.

Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış avtomobili tapıb və şübhəlinin yaxınlıqdakı skamyada yatdığını aşkar ediblər. Onun əvvəllər məhkum olunmuş 46 yaşlı, daimi yaşayış yeri olmayan kişi olduğu üzə çıxıb.

Avtomobilin kuzovundakı zədələrə əsasən oğru qəza törətməyə macal tapıb. Evsiz kişi etiraf edib ki, dayanacaqda mühərriki işlək olan avtomobili görərək isinmək qərarına gəlib və daha sonra onu qaçırıb. Lakin çox uzağa gedə bilməyib və ən yaxın skamyada yuxuya gedib. Hadisə ilə bağlı cinayət işi açılıb, saxlanılan şəxs həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.