Rusiya

“Putin bu əmrini dəyişməyib”

24 Mart 2025 19:10
Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya Prezidenti Vladimir Putin Ukraynanın 30 günlük fasilə ilə bağlı razılaşmasını pozmasına baxmayaraq, enerji infrastrukturu obyektlərinə zərbə endirməmək əmrini dəyişməyib". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Hələlik prezidentdən başqa bir əmr olmayıb. Silahlı qüvvələrimiz onun bütün əmrlərini yerinə yetirir", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bölgədəki enerji obyektinə kütləvi hücum etmiş, 11 mindən çox abonent işıqsız qalmışdı.

Xatırladaq ki, martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Onlar Ukraynadakı vəziyyəti, gərginliyin qarşısının alınması şərtlərini və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Putin Amerika liderinin Ukraynada münaqişə tərəflərinin enerji infrastrukturu obyektlərinə zərbələrdən 30 günlük qarşılıqlı imtina təklifi ilə razılaşıb və Rusiya Müdafiə Nazirliyinə göstəriş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.