Rusiya

Putinin həyatını bir film dəyişibmiş...

24 Mart 2025 00:23
Baxış: 1 058
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin bir filmin onun həyatını necə dəyişdiyindən bəhs edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya lideri TASS-a müsahibəsində hələ məktəbi bitirməmiş kəşfiyyata getmək istədiyi deyib.

Onun sözlərinə görə, dənizçi və ya pilot olmaq istəyib və Leninqradda Mülki Aviasiya Akademiyasına daxil olmağı planlaşdırıb. Onun fikirlərini dəyişdirən həlledici məqam isə 1968-ci ildə geniş ictimaiyyətə təqdim olunan "Qalxan və qılınc" filminə baxması olub.

Prezident əlavə edib ki, o, bir nəfərin minlərlə insanın taleyini necə həll etdiyinə heyran olub.

Qeyd edək ki, Vladimir Putin 1975-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib və Dövlət Təhlükəsizlik Komitəsində işə təyin olunub.

Onu da əlavə edək ki, "Qalxan və qılınc" filmi 1967-ci ildə rejissor Vladimir Basov tərəfindən Vadim Kojevnikovun eyniadlı romanı əsasında çəkilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.