Rusiya

Yemək yarışı faciə ilə bitdi: qəfil ÖLDÜ - FOTO

2 Mart 2025 11:37
Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Krasnoyarsk diyarında qadın yemək yarışmasında ölüb.

Milli.Az  yerli mediaya istinadla bildirir ki, hadisə Kuraqinski rayonunun Berezovskoye kəndində baş verib. 36 yaşlı Natalya Alatova "Maslenitsa" müsabiqəsində blinçik xəmiri yemək yarışmasında boğularaq ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, qadın qalib gəlmək üçün çoxlu blinçik xəmirini ağzına doldurub və güclə çeynəyib. Ehtimal olunur ki, o, müsabiqəyə qatılmazdan əvvəl spirtli içki də qəbul edib.

Müsabiqədə xidmətə göndərilən növbətçi həkimlər qadının tənəffüs yollarını təmizləməyə çalışsalar da, mənası olmayıb. Məlumata görə, qadın yemək borusunu ortaya qədər ənənəvi "Maslenitsa" xəmirləri ilə doldurub.

Hazırda polis araşdırma aparır.  /Lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.