Rusiya

Rusiya dördgünlük iş həftəsinə keçə bilər

13 Yanvar 2025 07:55
Baxış: 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada dördgünlük iş həftəsinə keçmək mümkün olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Əmək Komitəsinin rəhbəri Yaroslav Nilov "RİA Novosti"yə bildirib.

Onun fikrincə, bu, bütün sahələr üçün mümkün olmayacaq, lakin texnoloji inkişafda irəliləyiş prosesi asanlaşdıra bilər.

Nilov misal olaraq evdən işləyə bilməyəcək həkimləri göstərib.

Deputatın fikrincə, iş vaxtının qısaldılması "kimsə tərəfindən nə iləsə kompensasiya edilməlidir" və texnologiya bu funksiyanı öz üzərinə götürə bilər.

"Optimallaşdırma və robotlaşdırma baş verdikdə, süni intellekt bizə əmək məhsuldarlığını və vətəndaşların gəlirlərini artırmağa, və şəxsi iştirakı azaltmağa imkan verəcək", - Dövlət Dumasının komitə sədri qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.