Rusiya

“Əsəd hökuməti buna görə devrildi”

30 Dekabr 2024 11:47
Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Suriyada vəziyyətin sürətli inkişafına keçmiş prezident Bəşər Əsədin ölkədəki sosial problemlərin öhdəsindən gələ bilməməsi səbəb olub".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.

"Artıq onu da demək olar ki, vəziyyətin pisləşməsinin səbəblərindən biri də uzun sürən vətəndaş qarşıdurması şəraitində əvvəlki rəhbərliyin əhalinin əsas tələbatını ödəyə bilməməsi olub. Cəmiyyətdə etiraz əhval-ruhiyyəsi artır, vətəndaşların hökumətə dəstəyinin səviyyəsi dayanmadan azalırdı", - nazir vurğulayıb.

Xatırladaq ki, Suriyada dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri hakimiyyəti ələ keçirib. Bunun ardınca, Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.