Putinin səfir təyin etdiyi azərbaycanlı kimdir? - DOSYE
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin teleaparıcı İradə Zeynalovanı Rusiyanın Mavrikiy Respublikasındakı səfiri təyin edib.
Milli.Az unikal-a istinadən xəbər verir ki, əslən azərbaycanlı olan İradə Zeynalova 20 fevral 1972-ci ildə Moskvada anadan olub.
O, azərbaycanlı Aftandil Isabala oğlu Zeynalovun və rusiyalı Galina Alekseevnanın böyük qızıdır.
İ.Zeynalova 1995-ci ildə Moskva Aviasiya Texnologiyaları İnstitutunu bitirib, 1997-ci ildə televiziyada fəaliyyətə başlayıb. Jurnalist RTR-də (indiki "Rossiya-1") "Vesti" proqramının redaktoru olub, 2000-2003-cü illərdə isə bu proqramın və onun son buraxılışı olan "Vesti Nedeli"nin müxbiri işləyib. 2003-cü ildən Birinci Kanalda fəaliyyətini davam etdirib. 2012-2016-cı illərdə Birinci Kanalda "Zaman" proqramının bazar buraxılışının aparıcısı, həmçinin Birinci Kanal ASC-nin Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri olub.
Jurnalist həmçinin NTV-də "Həftənin nəticələri" proqramının müəllifi və aparıcısı olub. Daha sonra eyni kanalın İnformasiya Direktorluğunun məlumat və əyləncə proqramları baş redaksiyasının bədii rəhbəri kimi çalışıb.
Fəaliyyətinə görə 27 noyabr 2006-cı ildə II dərəcəli "Vətənə xidmətə görə" medalı, 22 aprel 2014-cü ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, həmçinin 2018-ci ildə Rusiyanın Qızıl Qələmi" mükafatları ilə təltif olunub.
Onun əmisi oğlu İsabala Musa Oğlu Zeynalov Sankt-Peterburq Dövlət Aqrar Universitetinin hüquq fakültəsinin keçmiş dekanıdır. 2017-ci ildə rüşvətxorluğa görə həbs edilib və 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1995-ci ildə ailə həyatı quran İ.Zeynalovanın birinci evliliyi 20 il çəkib. O, ikinci dəfə 2016-cı ildə Rusiya-1 telekanalının əməkdaşı, hərbi müxbir Alexander Evstigneevlə evlənib.
Jurnalist 24 iyun 2021-ci ildə "Putin rejiminin maraqları naminə təbliğat fəaliyyətinə" görə Ukraynanın sanksiya siyahısına daxil edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Bütün dünya İran xalqına heyranlıq duyur”
-
“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin
-
Sankt-Peterburqda Miller malikanəsində güclü yanğın baş verib - (Video)
-
Moskva vilayətində kimya zavodunda güclü partlayış - ölən və yaralananlar var - (Video)
-
Rusiya dünyaya meydan oxudu: Nüvə bombasının görüntüləri yayımlandı - (Video)
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
XƏBƏR LENTİ
-
“Bu oyun ayıbımız kimi yadda qalacaq” - Mahir üzr istədi - (Video)
-
Əmrahın oğlu xanımı ilə Zaqatalada - (Video)
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
“Bütün dünya İran xalqına heyranlıq duyur”
-
Brüs Uillisin son halı - (Foto)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb - (Foto/Video)
-
İnam Kərimov: "Süni intellekt heç bir halda hakimi əvəz edə bilməz"
-
Coratda boşanmaq istəyənq adın qətlə yetirilib, əri şübhəli bilinir - Yenilənib (Foto)
-
“Mənim hesabıma milyonlar yedi" - Tacirdən müəlliminin qarğışına cavab
-
“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin
-
Sankt-Peterburqda Miller malikanəsində güclü yanğın baş verib - (Video)
-
Moskva vilayətində kimya zavodunda güclü partlayış - ölən və yaralananlar var - (Video)
-
Qəhvəni bu saatda için
-
Quzu əti bahalaşdı - (Video)
-
Ayxan Abbasov: "Günahkar axtarmayacağıq, məsuliyyət məndədir"
-
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib - (Foto)
-
Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
Messi İspaniyada klub aldı
-
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
-
Masallıda şagird kimyəvi məhluldan xəsarət aldı: Araşdırma aparılır
-
Murad Axundov iki həftə sonra vəzifəsindən ayrıldı
-
Bu yol sabahdan bağlı olacaq
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qayda tətbiq edilir





