Rusiya ordusu Donetskdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobili atəşə tutub.
Milli.Az APA-ya istinadən bildirir ki, nəticədə ölən və yaralananların olduğu açıqlanıb.
Bildirilib ki, hadisə komitə əməkdaşları Verolyubovka kəndində olarkən baş verib.
Ukrayna Ombudsmanı Dmitri Lyubinets Rusiyanın artilleriya zərbələrinin BQXK-nın humanitar yük avtomobilinə tuş gəldiyini, BQXK-nın 3 əməkdaşının həlak olduğunu açıqlayıb.
Ombudsman BQXK-nın daha iki əməkdaşının yaralandığını bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun