Rusiya

Ukrayna F-16-sı vurulub, ya qəzaya uğrayıb? - CNN

30 Avqust 2024 09:02
Baxış: 1 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynaya məxsus F-16 qırıcısının qəzaya uğramasının səbəbinin pilot səhvi olması ehtimalı azdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə CNN kanalına Ukrayna ordusunun adı açıqlanmayan nümayəndəsi bildirib.

"Ukrayna Silahlı Qüvvələri insidentin səbəbinin pilotun səhvi olduğunu düşünmür", - telekanalın həmsöhbəti deyib.

O, faciənin başqa hallarını açıqlamayıb, lakin əlavə edib ki, insident araşdırılır və araşdırmada iştirak etmək üçün beynəlxalq ekspertlər dəvət olunacaq.

Təyyarənin pilotunun Aleksey Mes olduğu məlum olub. O, ötən gün dəfn olunub.

CNN qeyd edib ki, pilotun ölümü Ukrayna üçün böyük zərbədir, çünki Mes F-16-nı idarə etmək üçün təlim keçmiş azsaylı ukraynalı pilotlardan biri idi.

Xatırladaq ki, ötən gün Ukraynaya verilən F-16-lardan biri qəzaya uğrayıb. Rəsmi açıqlamada qəzanın səbəbi haqda məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.