Hadisə

Dəhşətli qəzada ölən şəxs müəllim İMİŞ

22 Aprel 2026 10:19
Baxış: 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ötən gün Yasamal rayonu Kənar Dairəvi yolda baş vermiş ağır qəzada həyatını itirən şəxsin kimliyi məlum olub.

Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Vüqar Məmmədovun idarə etdiyi "Toyota" markalı avtomobilin "Kamaz"a çırpılması nəticəsində həlak olan şəxs 1974-cü il təvəllüdlü Beyləqan rayon sakini İlhamə Kamranovadır.

O, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim işləyirmiş.

Təhsil müəssisəsindən saytımıza bildirilib ki, dünən İ.Kamranovanın məktəbdə dərsi olmayıb.

Qeyd edək ki, hadisə nəticəsində sürücü V.Məmmədov və daha 2 qadın sərnişini xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.