Bu gün saat 09 radələrində Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində sürücü Tərlan Siracəddinov idarə etdiyi "Kamaz" markalı yük avtomobilini geriyə hərəkət etdirərkən piyada, 69 yaşlı Solmaz İsayevanı vurub.
Milli.Az xəbər verir ki, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Milli.Az





