Rusiya

Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Ailə ilə buraxmayacaqlar?

19 Avqust 2024 12:00
Baxış: 3 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazar ertəsi, avqustun 19-da Rusiya Dövlət Dumasının LDPR-dən olan bir qrup deputatı miqrant işçilərin ailələrini Rusiyaya daşımasını qadağan edən qanun layihəsini parlamentin aşağı palatasına təqdim edəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, sənədin izahat qeydinə əsasən, əmək müqaviləsi ilə işləmək üçün Rusiya Federasiyasında müvəqqəti olan əməkçi miqrantın ailə üzvləri kimi ölkəyə gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisinə girişinin qadağan edilməsi təklif edilir.

Sənəd müəlliflərinin bildirdiyinə görə, təşəbbüs Rusiyada yalnız əmək müqaviləsi və ya patent əsasında yaşayan, Rusiya vətəndaşlığı kimi ölkədə yaşamaq üçün digər qanuni əsasları olmayan aşağı ixtisaslı mütəxəssislərə şamil ediləcək.

Yüksək ixtisaslı əcnəbi işçilərin ailə üzvləri üçün istisnalar ediləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.