Avropanın 2 böyük bankı Rusiyadan çıxır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avstriyanın "Raiffeisen Bank International" (RBI) və İtaliyanın "UniCredit" bank qrupları Rusiyadakı bizneslərini dayandırmaq və ölkəni tərk etmək planları barədə qərar qəbul ediblər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Vedomosti" qəzeti məlumat yayıb.
Müvafiq planlar şirkətlərin hesabatlarında əks etdirilib. "UniCredit" ilin sonuna qədər Rusiyadakı biznesini əhəmiyyətli dərəcədə azaldacaq, "Raiffeisenbank" isə 2026-cı ilə qədər ölkədəki kredit portfelini 65 faiz azaldacaq.
Bundan əlavə, hər iki bank qrupu Rusiya ilə maliyyə əlaqələrini minimuma endirmək və yerli bazardan tamamilə çıxmaq üçün müvafiq strateji addımlar atacaq. Banklar, həmçinin, müştərilərin və əməkdaşların hüquqlarını qorumaq üçün xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır.
Bu qərarlar Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar və geosiyasi gərginliyin artması fonunda qəbul edilib. Həm "Raiffeisen Bank International", həm də "UniCredit" Rusiyadan çıxış prosesinin uzunmüddətli və mürəkkəb olacağını etiraf edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)





