Rusiya

Azərbaycan və Ermənistan barışığını dəstəkləməyə hazırıq - Qaluzin

5 İyun 2024 09:12
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva İrəvanla Bakı arasında barışığı dəstəkləməyə hazır olduğunu təsdiqləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavininin sözlərinə görə, Rusiya tərəfi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun mayın 10-11-də Qazaxıstanda keçirilən və sülh müqaviləsinin hazırlanmasına yönəlmiş görüşünü müsbət qiymətləndirir.

"Onun keçirilməsi tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atılıb", - deyə M.Qaluzin qeyd edib.

Nazir müavini əlavə edib ki, Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı və İrəvan arasında sülh danışıqlarının raundlarına ev sahibliyi edib:

"Biz Rusiyaya qardaş olan iki xalqının barışmasına hərtərəfli dəstək verməyə, regiondakı bütün ölkələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həll yollarının axtarışını təşviq etməyə davam etməyə hazırıq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.