Rusiya

“NATO Rusiya sərhədlərinə çox yaxınlaşıb”

26 Aprel 2024 12:37
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"NATO qoşunları Rusiya sərhədlərinə çox yaxınlaşıb".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclasında deyib. 

"Alyansın qoşunları Rusiya sərhədlərinə çox yaxınlaşıb və hərbi təhlükəsizliklə bağlı əlavə təhdidlər yaradıb. Vurğulamaq istəyirəm ki, biz onlara deyil, onlar bizə yaxınlaşıb. Bu, bir daha sübut edir ki, Qərb nümayəndələrinə inanmaq olmaz. İndi bizə məzəmmət edirlər ki, Rusiyanı Ukraynada dayandırmasalar, guya biz alyans ölkələrinə hücum edəcəyik", - deyə Şoyqu qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.