Rusiya

Rus ordusu Çasov Yar şəhərinə daxil olub?

23 Aprel 2024 09:22
Baxış: 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çasov Yar şəhəri (Donetsk vilayəti) ətrafında vəziyyət mürəkkəbdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Xortitsa ordusunun əməliyyat-strateji qrupunun spikeri Nazar Voloşin bildirib.

"Çasov Yar şəhəri ətrafında vəziyyət ağırdır, lakin şəhərdə rus ordusu yoxdur", - Voloşin deyib.

Voloşin qeyd edib ki, böyük artilleriya atəşi və aviazərbələrdən sonra ruslar Ukrayna bölmələrini mövqelərində darmadağın etmək və döyüş meydanında müəyyən taktiki uğur əldə etmək üçün zirehli texnikanı cəlb edir və onların hücum qruplarını göndərməyə çalışır.

"Rusiya aviasiyası da olduqca sıx işləyir, bizi KAB və FAB-lərlə bombalayır, eyni zamanda şəhərin mülki infrastrukturunu məhv ediblər, lakin hələ də orada insanlar yaşayır - təxminən 680 sakin", - o bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu şəhəri ələ keçirməyə çalışır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.