Ötən gecə Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibisə hücum olub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə qubernator yerli sakinlərlə görüşdən qayıdarkən baş verib.
Naməlum şəxs ona bıçaqla xəsarət yetirdikdən sonra hadisə yerindən qaçmaq istəyərkən saxlanılıb.
Dərhal xəstəxanaya çatdırılan A.Çibis əməliyyat olunub. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.
Hazırda hadisənin motivi araşdırılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun