Rusiya

Şəklini terrorçuların sırasında görən tacik özü POLİSƏ GETDİ

23 Mart 2024 14:19
Baxış: 1 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünənki terror hadisəsində şübhəli şəxs qismində tanınanlardan birinin aksiyada iştirak etmədiyi üzə çıxıb.

Milli.Az xəbər verir ki, həmin şəxsin adı Rüstəm Nəzərovdur. O, bütün günü ailəsi ilə Samarada evdə olub.

29 yaşlı Rüstəmin bacısı Pərvinə deyib ki, qardaşı əvvəlcə onunla və valideynləri ilə nahar edib, sonra onu evə aparıb. Səhər saatlarında fotosunu terrorçuların siyahısında görən Rüstəm özü polisə gedib. Onun ifadə verdiyi bildirilir.

Rusiya mətbuatının xəbərinə əsasən, terrorçuların hadisə yerinə gəldiyi "Renault" əvvəllər Rüstəmin adına qeydiyyatda olub, lakin qonşuların dediyinə görə, o, maşınını iki il əvvəl satıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.