"Dördüncü Avrasiya Qadınlar Forumu 2024-cü ilin sentyabrında keçiriləcək və biz Azərbaycanı iştiraka dəvət edirik".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın dekabrın 8-də Bakıda keçirilən 20-ci yubiley iclasında səsləndirib.
Onun sözlərinə görə, Avrasiya Qadınlar Forumu müasir cəmiyyətdə qadınların rolunun müzakirəsi üçün ən böyük nüfuzlu beynəlxalq platformadır: "Birinci forum 2015-ci ildə baş tutub və qlobal xarakter alıb, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində, mühüm sosial-iqtisadi və humanitar problemlərin həllində qadınların artan rolunu nümayiş etdirir. Dördüncü forum 2024-cü il sentyabrın 18-20-də baş tutacaq və biz Azərbaycanı iştiraka dəvət edirik".
Andrey Yatskin vurğulayıb ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi ilbəil artır: "Şimal-Cənub dəhlizi üzrə birgə layihələrin həyata keçirilməsi əhəmiyyətlidir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun