Rusiya

Legion "qüdrətli Rusiya" mifini darmadağın edir

5 İyun 2023 14:09
Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Azadlığı Legionu "qüdrətli və güclü" Rusiya haqqında mifləri darmadağın edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Mariupol meri Pyotr Andryuşenko deyib.

"Putin rejimi yenə də "qırmızı xətlər" haqqında danışa bilər. Lakin reallıq odur ki, Rusiya özünü müdafiə edə bilmir. Bütün bunlara baxdıqda, ötən ilin "Putin hücum edir", "qırmızı xətlər" və s. yada düşür. Hazırda Rusiyaya münasibətdə mifologiya məhv edilir. Rusiyalı rusiyalını öldürməyə başlayanda bu, yaxşıdır", - deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu ötən gün Belqoroda növbəti dəfə hücuma keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.