Rusiya

Evdəki dibçəyə toxunan uşağın boynu yandı

1 Mart 2023 03:22
Baxış: 1 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhərində qəribə hadisə baş verib. Belə ki, beş yaşlı uşaq otaq bitkisinə toxunduqdan sonra boynundan yanıq xəsarəti alıb. Qızcığaz dərhal Uşaq Xəstəxanasına çatdırılıb.

Valideynlərinin dediyinə görə, qız təsadüfən pəncərənin altlığında olan  südləyən yarpağına toxunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həkimlər zərərçəkənə birinci və ikinci dərəcəli yanıq diaqnozu qoyublar. İlkin tibbi yardımdan sonra uşaq ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, südləyən yarpağının şirəsi insan və heyvanların dərisi üçün zərərlidir, ciddi yanıqlara, dəridə qıcıqlanmaya, yaralara, dözülməz qaşınmaya səbəb ola bilər. Ağır hallarda dəridə xoralar yaradır, hətta görmə qabiliyyətinin itməsinə səbəb ola bilər.

Bununla belə, südləyən müxtəlif müalicəvi xüsusiyyətlərə də malikdir. Rəsmi təbabətdə qusdurucu və ya qarnı işlətmə dərmanlarında istifadə olunur. Ənənəvi təbabətdə isə bitkinin xərçəng əleyhinə təsirə malik olduğuna inanılır, ilan sancmalarını müalicə etmək üçün onun kökündən məlhəm hazırlanır, həmçinin alternativ təbabətdə dəmrov, çil, üz dərisindəki ləkələr, ziyil və qabarlardan xilas olmaq üçün istifadə olunur. Bu günə qədər elm adamları südləyənin müalicəvi xüsusiyyətlərini tam öyrənə bilməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.