Rusiya

Qaranlığa qərq olan Ukraynanın peykdən görüntüsü yayımlandı - FOTO

19 Dekabr 2022 14:16
Baxış: 1 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Rusiyanın raket zərbələrindən sonra işıqsız qalan Ukraynanın peykdən çəkilən şəkli paylaşılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, görüntüləri ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) yayımlayıb.

Kadrlarda qonşu ölkələrin şəhərlərinin və infrastrukturunun parlaq işıqlarının əhatəsində qaranlığa qərq olmuş Ukrayna xüsusilə seçilir.

Qeyd edək ki, dekabrın 16-da Rusiya ordusu Ukraynanın müxtəlif sənaye komplekslərinə, həmçinin onları təmin edən enerji obyektlərinə yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə kütləvi zərbələr endirib. Nəticədə ölkə boyu elektrik enerjisinin verilişində problemlər yaranıb. NASA-nın nümayiş etdirdiyi kadrlar dekabrın 17-nə aiddir.

Xatırladaq ki, ABŞ-nin kosmik agentliyi noyabrın 24-də də Ukraynanın tam olaraq qaranlığa büründüyü barədə peykdən çəkilən fotolar yayımlamışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.