Rusiya

Polisdən qaçan oğru binanın divarından yıxılaraq öldü - VİDEO

11 Avqust 2022 13:45
0 Şərh     Baxış: 1 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın paytaxı Moskvada oğru ərzaq mağazasını soymağa cəhd edib.

Polis oğrunun ardınca düşərək onu təqib edib. Bu zaman şübhəli qaçaraq binanın divarına dırmaşıb. O, müvazinətini itirib və yıxılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə yerinə gələn həkimlər onu xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Ölən şəxsin əvvəllər qadağan olunmuş maddələrin saxlanması və yayılmasına görə məhkum olunduğu müəyyən edilib. Qonşuları iddia ediblər ki, həmin şəxs narkotik aludəçisi imiş və oğurluq etdiyi gün də sərxoş vəziyyətdə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.