Rusiya

Rusiya danışıqlar aparmır, hər an hücum edə bilər

21 Fevral 2022 09:24
0 Şərh     Baxış: 1 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın şərqində vəziyyətin sülh yolu ilə həlli imkanları getdikcə azalır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

Fiala bildirib ki, Rusiya Ukrayna ilə münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Onun sözlərinə görə, danışıqlar yolu ilə nizamlanmaya nail olmaq üçün diplomatik səylər yalnız Qərb ölkələri tərəfindən edilir.

"Rusiya qoşunları elə bir hazırlıq vəziyyətindədir ki, Ukraynanın hər an işğalına başlaya bilər. Qərb dövlətlərinin Ukrayna ilə hipotetik hərbi münaqişə olacağı təqdirdə Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdıqları sanksiyalar mümkün qədər sərt olmalıdır", - baş nazir əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.