"Məhərrəm ayında toy etmək olar, çünki..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 7-də ölkəmizdə Məhərrəm ayı başlayır. Bu ayda insanları maraqlandıran bir sıra suallar olur. Bu suallardan biri də toylarla bağlıdır.
Bəs Məhərrəm ayında niyə çoxları toy etmir?
Mövzu ilə bağlı sfera.az-a danışan din xadimi Ağa Hacıbəyli deyir ki, bu ay da digər aylar kimi sıravi aydır:
"Məhərrəm ayında olan tarixi hadisələr bu aya olan baxışı dəyişib. Bu hadisələr insanlarda mənəvi məsuliyyət yaradıb. Bu baxımdan insanlar həzrəti peyğəmbərə və onun əhli beytinə hörmət əlməti olaraq toy etməkdə israrlı deyillər. Bununla bağlı qayda isə Quranda və hədislərdə yoxdur.
İslam dinində və şəriət nöqteyi-nəzərindən toy mərasimlərinin keçirilməsi qadağan olunmayıb. Bununla bağlı heç bir fitva, yaxud ruhanilərin rəsmi qərarı yoxdur. Baxdığım bütün səhih mənbələr konkret qeyd edir: "Şəriət nöqteyi-nəzərindən məhərrəm ayında toy etmək, kəbin kəsdirmək qadağan deyil".
Din xadimi qeyd edib ki, eləcə də Məhərrəm ayında dövlət qanunları insanlara seçim azadlığı verir:
"Əlbəttə, bu ayda toy edənlər də olur, ad günləri keçirənlər də. Yəni bu, insanın öz seçimidir və hər hansı dəyərlərə verdiyi qiymətidir. Ona görə də hesab edirəm ki, insan Məhərrəm ayında toy edib-etməməsini öz təfəkkürü ilə seçməlidir və dövlət də bu təfəkkürə qanunlar çərçivəsində azadlıq verir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qış gəlir: Avtomobilinizin bu 5 hissəsini yoxlamasanız, yolda qala bilərsiniz
-
Bakıda kanalizasiyaya düşərək ölən gəncin işi üzrə vəzifəli şəxsə hökm oxundu
-
Abşeron xəstəxanasında həkimlə bağlı iddiaya rəsmi açıqlama
-
Bakıda bəy xına məclisinə kosmonavt geyimində gəldi (Video)
-
BDU-nun dosentinin intiharından əvvəl yazdığı məktub üzə çıxdı
-
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
-
Bakıda küləyin sürəti 28 m/san-yə çatacaq - Xəbərdarlıq
-
Tanınmış xanəndənin anası ilə oğlu ilk dəfə efirdə (Video)
-
265 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı
-
Ermənistanda dövlət qulluqçularına sosial paket verilməsi dayandırılır
-
Azərbaycanlı aktrisanın qazancı "dodaq uçuqlatdı": 135 min manat...
-
Bəşir Süleymanlıya hökm oxundu - 7 il 6 ay həbs cəzası
-
Baqrat Qalstanyanın ev dustaqlığı uzadıldı
-
Məktəblərdə riyaziyyat fənni yenilənir
-
Avropa Komissiyasına kiberhücum: Şəxsi məlumatlar təhlükə altına düşdü
-
“Real” braziliyalı ulduzunu 60 milyona satmağa hazırdır
-
İranın ağası və... dığası - Yunus Oğuz yazır
-
Təzyiq xəstələrinə şad xəbər - Dərmanlar pulsuz olacaq
-
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alındı
-
Nazilə Səfərli: “Mənə çox ayıb olsun ki, gec tanımışam” (Foto)
-
"İnterturan" mebel mağazası niyə bağlandı?
-
“Santa Barbara”nın aktyorunu maşın vurub öldürdü
-
Bakıya leysan yağacaq - Bu tarixdə
-
53 yaşlı Aişvariya Ray illərə meydan oxuyur – Gözəlliyi diqqət çəkdi - (Video)





