Dövlət başçısı: 2022-ci ildə yeni şəhər və kəndlərin salınması üçün ən azı 1,3 milyard ABŞ dolları ayrılacaq
Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.
Dövlət başçısı bildirib:
"Hörmətli həmkarlar, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi.
İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır.
Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır.
Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.
İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər - Tramp
-
Arayik Harutyunyan və digərlərinin şikayəti üzrə apellyasiya məhkəməsi prokurorların çıxışı ilə davam etdirilib (Foto)
-
Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib
-
Prezident İlham Əliyev Türkiyəyə yeni səfir təyin etdi
-
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb
-
Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olundu
XƏBƏR LENTİ
-
Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər - Tramp
-
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
-
Afra Saraçoğlu sevgilisi ilə görüntüləndi - (Foto)
-
"Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"
-
Bakıda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub
-
Arayik Harutyunyan və digərlərinin şikayəti üzrə apellyasiya məhkəməsi prokurorların çıxışı ilə davam etdirilib (Foto)
-
Avtomobil təmiri sexində meyit tapıldı
-
"Haluk hesabıma 1,5 milyon keçirtdi" - Qardaşının ifadəsi yayıldı
-
İki prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb
-
“Dinamo” -“Neftçi” matçının hakimləri açıqlandı
-
Qonşu ölkədə ilk uçan taksi sınaqdan keçirildi
-
Azərbaycanın Yunanıstana neft ixracı 42 faizə yaxın artıb
-
29 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Əməkdar artist: "Atam sağdır, ya yox, məlumatsızam"
-
Aİ İrana qarşı sanksiyaları genişləndirdi - Siyahıya daha 6 nəfər daxil edildi
-
Şəhid anası qızına həyat verdi – Böyrəyini donor kimi bağışladı
-
DİM doktorantura imtahanlarının nəticələrini açıqladı
-
Vəfa Samirə Yusifqızının cavabını verdi: ""Palatka"larda nələr görmüşük..." - (Foto)
-
Vurulan gəmi kapitanının övladları ilə görüntüsü kövrəltdi - (Video)
-
Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib
-
Rusiya Kiyevi vurdu: Ölənlər və yaralananlar var - (Foto)
-
Diana Əhədpur: "Kasıbçılıq məni bu qərarı verməyə məcbur etdi"
-
Qvardiola İtaliya millisini rədd edib
-
Flora Kərimova yubiley təklifindən imtina etdi





