Siyasət

Azərbaycanın hərbi qulluqçuları “Efes-2022” təlimin planlama konfransında iştirak edib

6 Noyabr 2021 20:41
0 Şərh     Baxış: 573

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının İzmir şəhərində keçirilən "Efes-2022" beynəlxalq təliminin planlama konfransında iştirak edib.

Milli.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, beynəlxalq təlimdə iştirak edəcək ölkələrin nümayəndə heyətləri ilə keçirilən konfransda təlimə hazırlıq məsələləri və icra olunacaq tapşırıqlar müzakirə olunub.

"Efes-2022" beynəlxalq təliminin qərargahların kompüter dəstəkli və bölmələrin döyüş atışlı taktiki təlimlərindən ibarət iki mərhələdə keçirilməsi planlaşdırılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.