Siyasət

Millət vəkili şəhid ailələri ilə görüşdü - FOTO

25 Oktyabr 2021 13:19
Baxış: 569

Milli Məclisin deputatı Sevil Mikayılova Xaçmaz rayonunda şəhid ailələrini ziyarət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Nabran, Pirquluoba, Palçıqoba, Nərəcan, Mürşüdoba, Uzunoba, Şərifoba kəndlərində keçirilən görüşlər zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Şəhidlərin doğmaları ilə söhbət zamanı Vətən müharibəsində tarix yazan oğulların keçdikləri döyüş yolundan danışılıb, onlarla bağlı xatirələr bir daha anılıb. Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinin hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunduğu vurğulanıb.

Şəhid yaxınları göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.