Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.
Bu barədə Müdafiə Nazirliyindən (MN) Milli.Az-a verilən məlumatda deyilir.
"Qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaqdır" - deyə, nazirlik qeyd edir.
Milli.Az