İran Azərbaycanı dayandıra bilməz - Ermənistan Tehranın əlindən qopur
"Prezident İlham Əliyevin son günlərdə verdiyi müsahibələr hal-hazırda regionda gedən proseslər, Azərbaycanın mövqeyi və bu proseslərə, mövqeyə region və digər dövlətlərin reaksiyasının nədən ibarət olduğu haqqında dolğun məlumat almaq baxımından müstəsna əhəmiyyət kəsb edir. Belə ki, ən ali səviyyədə səsləndirilən fikirlər Azərbaycanın dövlət olaraq qarşısında formalaşdırdığı yol xəritəsinin nədən ibarət olması baxımından önəmli olduğu qədər, bu fikirlər həm də digər dövlətlərə gələcək məsələlər barədə məlumat verir".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirib ki, İran Azərbaycanın prinsipial mövqeyini və gücünü həzm edə bilmir:
"Heç şübhəsiz ki, Azərbaycanın prinsipial mövqeyi indi yox, illər ərzində region dövlətlərinə yaxşı məlum olmalı idi ki, biz torpaqlarımızı güzəştə getməyəcəyik. Bu baxımdan da Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz məqsədyönlü şəkildə bir yox, bir neçə istiqamət üzrə inkişaf strategiyasını uğurla həyata keçirdi, bununla da dünyadakı imici və mövqeyi daha da möhkəmləndi. Təssüflər olsun ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, müharibədən sonra bərpa-quruculuq işlərində iştirakda maraqlı olduğunu bildirən İran sonradan bu prinsipial mövqeyi və gücü həzm edə bilmədi. İran başa düşməli idi ki, Azərbaycan heç bir dövlətə qarşı ərazi iddiası etmədən, inkarolunmaz tarixi faktlara və beynəlxalq hüquqa söykənərək torpaqlarını azad etdi.

Azərbaycanın bərpa-quruculuq prosesində həyata keçirdiyi layihələr də tam şəkilə qanunu fəaliyyətdir. Bu faktı isə təsadüfən vurğulamadım, çünki İran illər ərzində işğal altında olan torpaqlarımızda daşları belə sökdü apardı, Ermənistanla biznes forumlar keçirdi, tək bir fikirlə xarakterizə etsək Ermənistanın qanunsuz siyasi və iqtisadi fəaliyyətinə göz yumdu, onda əli oldu.
İndi isə Ermənistanla Azərbaycan arasında sülh danışıqları gözlənilir, danışıqlar və təmaslar başlayıb. Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verərkən səmimi şəkildə bildirmişdi ki, "son dövrdə Ermənistandan status ilə bağlı heç bir bəyanat eşitməmişik. Əfsuslar olsun ki, bu fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir". Nəzərə alsaq ki, Sarkisyan, Köçəryan kimi revanşistlər bu məsələni gündəmə gətirir və onların da sadəcə bəzi qərb dövlətlərində deyil, həm də İrandakı yüksək çinli məmurlarla, biznesmenlərlə yaxın əlaqələri var, deməli, Azərbaycanla Ermənistan arasındakı məsələlərin həll olunmasını yalnız bəzi qüvvələr deyil, həm də, bəlkə də elə ən çox da region dövləti olan İran istəmir. İranın maraqlarına xidmət edir ki, gərginlik artsın, Azərbaycanın başı bu gərginliyə qarışsın və regionda güclənməsin. İran anlamalıdır ki, kommunikasiyaların açılması məsələsinə həsr olunan Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlıq formatı mövcuddur. Eyni zamanda, müharibə bitəndən sonra birinci dəfə BMT Baş Assambleyasının sessiyası çərçivəsində konstruktiv və ümidverici siqnallar verən Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutdu. Yəni, danışıqlar başlayıb və davam edəcək. İran da bunu birmənalı şəkildə qəbul etməlidir ki, bu təbii prosesdir.

Təklif olunan əməkdaşlıq formatında İran olmasa idi o zaman İranı anlamaq olardı. Axı dəfələrlə ən ali səviyyədə mövqe ortaya qoyuldu ki, əməkdaşlıq formatı bölgəyə sülh, region dövlətlərinə və xalqlarına rifah gətirəcək. Sonuncu dəfə Rusiya xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada keçirilən görüşündə səsləndirdiyi fikirlər də Rusiyanın mövqeyinin nədən ibarət olduğunu ortaya qoyur. Azərbaycan tərəfi səsləndirdiyi bəyanatlarla hər zaman əzəli torpaqlarını işğaldan azad edəcəyini necə bildirib, prinsipial şəkildə torpaqlarını geri aldısa, indi də gələcəyə baxır və yenə də düşünülmüş, inkişaf vəd edən, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən addımlar atır. Hamını özünə düşmən bilən İran hadisələrin gedişini, suyun axar istiqamətini dəyişdirə bilməz, çünki bunlar təbii proseslərdir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
XƏBƏR LENTİ
-
Avqustun 12-dəki Günəş tutulması bəzi bürclər üçün çox uğurlu olacaq
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur





