İran öz əməllərinə görə qorxsun - Türkiyəli hərbi ekspert
"İran səhv etdiyinə görə böhtan atır, özlüyündə narahatdır, öncədən belə olacağını proqnozlaşdırmamışdı. İndi həm etdiklərini ört-basdır etməyə, həm də təzyiq göstərməyə çalışır".
Bunu Milli.Az-a açıqlamasında Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.
Ekspert bildirib ki, Tehranın Azərbaycana qarşı sərgilədiyi bu davranış böyük haqsızlıqdır:
"Azərbaycan İrana qarşı heç bir pislik etməyib, ancaq İranın nədən narahat olduğu, nəyi götür-qoy etdiyi məlum deyil. Çox güman ki, Tehran Türkiyənin Pakistan və Azərbaycanla ittifaqı inkişaf etdirməsindən narahatdır. Digər tərəfdən İranın Ermənistanla bağlı öz hesabları var, lakin görünür, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi İranın bu maraqlarına böyük zərbə oldu. İran eyni zamanda Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil.
Önəmli məqamlardan biri də odur ki, Türkiyə ilə Azərbaycanın gerçəkləşdirdikləri əməkdaşlıq İranın daxilindəki türk varlığını birləşməyə, həmçinin II Qarabağ müharibəsi zamanı İranın Ermənistana etdiyi yardıma görə cəmiyyətin müxtəlif təbəqələrinin dövlətdən narazıqlarının artacağı qorxusu Tehranı ciddi narahat edir. Müharibə zamanı İranın Ermənistanın yanında olduğunu və ona yardım etdiyini görən hər vicdanlı, özünü müsəlman hesab edən İran vətəndaşı öz dövlətinin bu siyasətinə qarşı çıxar. İran bu məsələdə son dərəcə haqsızdır.
Bəli, Azərbaycanın İsraildən almış olduğu silahlar var, bunu hər kəs bilir. Ancaq Azərbaycanı İsraili Cənubi Qafqaz bölgəsinə yerləşdirməkdə ittiham etmək çox ağır iftiradır. İran belə etməklə Azərbaycana qarşı səbəblər ortaya çıxarmağa çalışır. Ancaq Tehranın etdiyi böyük bir haqsızlıqdır. İran öz əməlləriylə Azərbaycanın milli iradəsinə, haqlı savaşına həqarət, hörmətsizlik edir. Bu, İrana yaraşmır. İranın daha ağıllı, daha birləşdirici olması, bu yöndə qərarlar verməsi lazımdır.
İran Azərbaycanın zəfərindən narahat olmasın. Azərbaycanın İranın torpağında gözü yoxdur və İranda vəziyyətin qeyri-sabit olmasını heç vaxt istəməyib, istəmir. Amma İran öz əməllərinə görə qorxsun. İran Azərbaycanı iştahından keçirməsin. Azərbaycan onun iştahı üçün çox böyükdür".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
XƏBƏR LENTİ
-
Avqustun 12-dəki Günəş tutulması bəzi bürclər üçün çox uğurlu olacaq
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur





