Prezident İlham Əliyev: Təbii qazla təchizat göstəricisinə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir
Ölkə üzrə təbii qazla təchizat 96-97 faizə çatıb və bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarına təyin olunmuş icra hakimiyyəti başçılarını videoformatda qəbul edərkən çıxışında bildirib.
Son illər hər iki rayonun sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görüldüyünü, dövlət investisiya proqramları çərçivəsində əsas infrastruktur layihələri icra olunduğunu qeyd edən dövlətimizin başçısı deyib: "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası çərçivəsində hər iki rayonda böyük abadlıq işləri aparılıb. Demək olar ki, əsas infrastruktur layihələri icra edilmiş hesab oluna bilər. Hər iki rayonda elektrik təsərrüfatı tamamilə yenilənib və elektrik enerjisinin təchizatında hər hansı bir problem yoxdur. Qazlaşdırma işləri sürətlə aparılmışdır. Cəlilabad rayonunda qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, Şəmkir rayonunda isə 100 faizə yaxınlaşır. Hesab edirəm ki, bu, son illər ərzində bölgələrdə aparılmış işlər arasında xüsusi yerə layiq olan işlərdir. Çünki təbii qazla vətəndaşlarımızı təmin etmək bizim əsas vəzifələrimizdən biri idi və bu gün ölkə üzrə təbii qazla təchizat 96-97 faizə çatıbdır. Bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir".
Cəlilabad və Şəmkir şəhərlərinə 2013-cü və 2017-ci illərdə içməli suyun verilməsini böyük hadisə adlandıran Prezident bildirib ki, bir çox kəndlərdə bu problem öz həllini tapıb. "Suvarma ilə bağlı böyük işlər görülüb. Bir çox artezian quyuları qazılıb. Eyni zamanda, Şəmkir rayonunda böyük su anbarı tikilib - Şəmkirçay su anbarı. Hansı ki, həm Şəmkir, həm də qonşu rayonlarda meliorativ tədbirlərin görülməsi üçün yeni imkanlar yaradıb, həmçinin suvarılan torpaqların miqyasını böyük dərəcədə genişləndirib", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi





