“Rusiya niyə Qarabağa öz sülhməramlılarını göndərdi?..”
10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan qalan bütün elementlərdən fərqli olaraq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi ATƏT-in Minsk Qrupu çərçivəsində əvvəllər aparılan danışıqların tərkib hissəsi olmayıb.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Minsk Qrupunun keçmiş amerikalı həmsədri Kerri Kavano (1999-2001) "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində deyib.
Kerri Kavano Azərbaycan və Ermənistanın sülh razılaşmasına yaxınlaşdıqları 2001-ci il Ki-Uest danışıqlarında iştirak edib. Habelə 1999-cu ilin sentyabrında Yerevanda parlament binasında törədilmiş terror aktı zamanı ABŞ dövlət katibinin köməkçisi Stroub Telbottla birlikdə Qarabağa dair sülh planını müzakirə etmək üçün regiona səfər etmişdi.
Keçmiş diplomat deyir ki, o vaxt parlamentdə törədilən terror aktı ictimai etimadı sarsıdan əsas amil oldu. "Qarabağa dair sülh planının gələcəkdə reallaşması işində mühüm rol oynaya biləcək bir neçə mühüm şəxs öldürüldü",-Kavano xatırladıb.
"Həmin gün mən Amerika nümayəndə heyətinin tərkibində Ermənistanda idim. Səhər saatlarında biz prezident iqamətgahında prezidentlə, baş nazirlə, xarici işlər naziri ilə görüşdük. Oradan aeroporta getdik və Ankaraya uçduq. Ankaraya çatanda eşitdik ki, erməni parlamentini gülləbaran ediblər, baş nazir və parlamentin spikeri öldürülüb",-keçmiş amerikalı həmsədr bildirib.
Onun sözlərinə görə, həmin gün Azərbaycan və Ermənistan liderləri arasında ciddi müzakirələr gedirdi. Lakin bu müzakirələrin detalları ictimaiyyətə qapalı idi. Amma Kavano həmin müzakirələrin təfərrüatlarını açıqlamaq istəməyib, deyib ki, bunun üçün yaxşı məqam deyil, çünki tərəflər danışıqlar masası arxasında mümkün kompromislərə qayıda bilərlər.
"Minsk Qrupunda müzakirələr bu yöndə gedirdi ki, əgər sülhməramlılar və ya müşahidəçilər nə qonşu ölkələri, nə həmsədr ölkələri təmsil etməsələr bu ən yaxşı həll yolu olacaq. Fikrimcə Rusiya bununla tam razı idi, çünki məsələyə siyasi baxımdan ən sərfəli yanaşma bu idi. Rusiya ötən ilin payızında niyə öz sülhməramlılarını göndərdi? Fikrimcə bu, təhlükənin dərəcəsi, erməni tərəfinin nəzarətində olan əraziləri itirmə sürəti və Şuşa ətrafında hadisələrin sürətlə inkişaf etməsi ilə bağlı idi",-Kerri Kavano qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq





