Siyasət

Azərbaycan və Türkiyə hərbçiləri gəminin azad edilməsi tapşırıqlarını belə yerinə yetirirlər - VİDEO - FOTO

10 Sentyabr 2021 12:36
Baxış: 899

Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.

Bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

Helikopter və katerlərin cəlb olunması ilə keçirilən təlimin növbəti mərhələsində qarşıya qoyulan tapşırıqları iki qardaş ölkənin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirərək dəqiq və effektiv icra ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.