Siyasət

Yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub - FOTO

8 Sentyabr 2021 09:43
Baxış: 1 501

Bu gün yeni gənclər və idman naziri Fərid Qayıbov Gənclər və İdman Nazirliyində kollektivə təqdim olunub.

Milli.Az bildirir ki, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, idman federasiyalarının rəhbərləri, idmançılar və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Fərid Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Nazir təyin olunması ilə əlaqədar Fərid Qayıbov Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul olunub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.