Prezident İlham Əliyev A.H.Hümbətovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Akif Hümbət oğlu Hümbətov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".
Milli.Az