Siyasət

Sərhəddəki gərginliyi Rusiya istəyir? - Gürcüstandan İDDİA - ÖZƏL

28 İyul 2021 13:26
Baxış: 2 271

"Mən əmin deyiləm ki, Azərbaycanla sərhəddə son gərginliklərin səbəbi məhz Ermənistandır. Və qətiyyən əmin deyiləm. Ermənistanın atəşkəsi pozmaqla bəzi hədəflər güddüyünə də inanmıram. Hazırda Ermənistanın vəziyyətini ağırlaşmağa qətiyyən ehtiyacı yoxdur. Bəs Azərbaycan üçün buna ehtiyac varmı?, - mümkün deyil! Qalır Rusiya. Rusiyanın niyə buna ehtiyacı var?".

Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Analiz Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

Gürcü politoloq bildirib ki, Moskva üçün maraqlı olsaydı Zəngəzur dəhliz çoxdan açılardı:

"Moskva düşünür ki, regionda nəzarəti əldə saxlamaq üçün bölgədə gərginliyi saxlamaq lazımdır. Rusiya 10 noyabr üçtərəfli bəyanatnən əsas şərtlərindən olan Zəngəzur dəhlizin açılmasında maraqlı deyil. Bu, Moskva maraqlı olsaydı dəhliz çoxdan açılardı. Rusiyanı Qafqazda maraqlandıran tək şey qeyri-sabitlikdir. Çünki yalnız qeyri-sabitlik Ermənistan üzərində nəzarəti və Azərbaycana təsir imkanını qoruyub saxlamaq üçün bir şərtdir.

Dəhlizin açılması sülh danışıqlarına yol açır, ona görə də Moskva buna icazə vermir. Bu səbəbdən Rusiya barışıq tərəfdarı deyil. Rusiya həm Azərbaycana, həm də müttəfiqi Ermənistana qarşı sıx hibrid müharibəsi aparan münaqişə tərəfidir".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.