Azərbaycan-Pakistan birgə əməkdaşlığı müzakirə edilib - Sərhəd mühafizəsi sahəsində - FOTO
İyun ayının 22-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.
DSX-dən Milli.Az-a bildirilib ki, Dövlət Sərhəd Xidmətinin aparatında keçirilmiş rəsmi qarşılanma mərasimindən sonra ordu generalı Qamar Caved Bacva "Fəxri qonaqlar kitabı"na ürək sözlərini yazıb.
Geniş tərkibdə keçirilmiş görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qonaqları salamlayaraq Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında ortaq tarixi irsə, ənənələrə və maraqlara söykənən münasibətlərin bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində uğurla inkişaf etdiyini vurğulayıb, 2018-ci ildə Pakistana səfəri zamanı Dövlət Sərhəd Xidmətinin nümayəndə heyətinə Pakistanın ordu rəhbərliyinin nümayiş etdirdiyi diqqət və yüksək qonaqpərvərliklə bağlı xoş xatirələrini bölüşüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükəsizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu, hazırda azad edilmiş ərazilərimizdə dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilmiş, ərazi bütövlüyünün bərpası uğrunda Azərbaycanın ədalətli mübarizəsində Pakistan İslam Respublikasının hər zaman göstərdiyi dəstək və həmrəylik xüsusi qeyd edilib.
Ordu generalı Qamar Caved Bacva Vətən müharibəsində qazanılmış qələbə münasibətilə təbriklərini ifadə etmiş, işğaldan azad olunmuş dövlət sərhədlərinin mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması, ərazilərin minalardan təmizlənməsi sahəsində Pakistan tərəfinin öz təcrübəsi ilə bölüşməyə hazırlığını bildirib.
Görüşdə tərəflər sərhəd mühafizəsi sahəsində birgə əməkdaşlıq fəaliyyətlərinin davam etdirilməsi, qarşılıqlı səfərlərin təşkili, maraq kəsb edən istiqamətlər üzrə müsbət təcrübə mübadiləsinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
XƏBƏR LENTİ
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur





