Şuşa Bəyannaməsi təqvimi tarixə çevirən sənəddir
Təqvim günlərini tarixə çevirən həmin vaxt baş verən hadisələrdir.
Heç şübhəsiz ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfəri də tarixi hadisədir. Prezident İlham Əliyevin də dediyi kimi, dövlətlərimiz arasındakı münasibətlər xalqlarımızın dahi şəxsiyyətləri Qazi Mustafa Kamal Atatürkün - "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin - "Bir millət, iki dövlət" kəlamları ilə açıq-aydın ifadə olunub.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat bildirib ki, dünyanın gözü iki qardaşın görüşündə idi: "Bu qardaşlıq özündə milli-mənəvi və ortaq dəyərləri, strateji tərəfdaşlıqları əks etdirir. Görüş həm də işğaldan azad edilən torpaqlara səfər edən ilk xarici dövlət başçısının məhz qardaş ölkədən gəlməsi ilə vacib bir mesaj ötürdü. 44 günlük Vətən müharibəsi başlayan andan qurtarana qədər dost, qardaş dövlət olan Türkiyə Cümhuriyyəti mənəvi cəhətdən Azərbaycanın yanında olmuş, beynəlxalq arenalarda haqq işimizi bizimlə birgə müdafiə etmiş, sözün əsl mənasında qardaşlıq nümunəsi göstərmişdir. Vətən müharibəsi bitdikdən sonra da biz qardaşlarımızın hərtərəfli dəstəyini hiss etmişik. Cənab Prezident İlham Əliyevin dəvəti ilə cənab Rəcəb Tayyip Ərdoğanın Şuşa səfərini Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələyə qədəm qoyması kimi də şərh edə bilərik.
Düşünürəm ki, bu səfər özündə 3 istiqaməti ehtiva edir. Birincisi, Ermənistan imzalanan müqavilənin şərtlərinə mütləq əməl etməlidir. Məlum olduğu kimi Ermənistanda müəyyən revanşist qüvvələr sərsəm bəyanatlar səsləndirir, regionda öz maraqlarını hansısa formada gücləndirməyə çalışan dövlətlər isə tarixi reallıqlardan uzaq bəyanatlar verirlər. Bu səfərlə həmin qüvvələrə açıq-aydın mesaj verilir - strateji tərəfdaşlar, qardaş dövlətlər bir-birilərinə bundan sonrakı dövrdə də dəstək olacaqlar.
İkincisi, Ermənistan öz qonşuları ilə normal münasibələri bərpa etməlidir. Azərbaycanın Vətən müharibəsində qələbə qazanması bölgədə tam yeni reallıqlar yaratdı. Əgər Ermənistan bu reallıqları qəbul edər və qonşuları ilə normal münasibətlər qurarsa, o zaman bu bölgə üçün xeyirli olar. Əks halda, Ermənistan proksi dövlət olaraq movcudluğunu davam etdirəcək. Üçüncüsü isə təbii ki, dövlətlərimiz arasında bağlanan strateji Şuşa müqaviləsidir. Bu müqavilə dövlətlərimiz arasında mövcud olan strateji münasibətləri daha da gücləndirərək növbəti mərhələyə qaldırdı.
Şuşadan region dövlətlərinə, o cümlədən, dünyaya çox açıq və aydın mesaj verildi - regionun güclü, strateji tərəfdaş, qardaş olan dövlətlərinin birliyi bundan sonrakı dövrdə də davam edəcək və bu regionda başqa xülyalara düşməyə çalışan qüvvələr qarşılarında güclü Azərbaycanı və Türkiyəni görəcəklər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
-
Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Bu qoç 1 milyon dollara satıldı
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycanda bu institut ləğv edildi - Qərar
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)
-
Bakıda "Formula 1" bahalaşması: günlük evlər 600 manat olacaq
-
Bakıda iki bağça fəaliyyətə başladı
-
Azərbaycan Qran-Prisinin rəsmi yarış cədvəli açıqlandı
-
Bu universitetlərdə dərslər onlayn keçiriləcək
-
Britaniyada hava nəqliyyatında yeni problem - Reyslər ləğv edilir
-
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı





