Qarabağa açılan qapı - Bir yoldan daha artıq
30 il düşmən tapdağı altında olan ərazilərin 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmasından dərhal sonra başlayan quruculuq və bərpa işlərinin bu qədər sürətli şəkildə davam etdirilməsi qaçqın və köçkünlərin nəzərdə tutulan müddətdə doğma yurd-yuvalarına qayıtmasına imkan yaradır. Buna ancaq müharibədən yeni çıxan bir ölkənin dövlət başçısının əlini daşın altına qoyması nəticəsində nail olmaq mümkündür.
Cəmi 5 ay bundan əvvəl təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam etdirilir. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iyunun 14-də rayona səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olarkən bir daha bunun şahidi olduq. Füzuli Beynəlxalq Hava Limanında sentyabrın 5-də birinci sınaq uçuşunun yerinə yetiriləcəyinin planlaşdırılması Azərbaycanın postkonflikt dövründə işğaldan azad olunan ərazilərlə bağlı prioritet istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm hadisədir. Məhz 5 sentyabr 2006-cı ildə Berlin beynəlxalq hava limanının da təməlqoyma mərasimi keçirilsə də, dünyanın ən qüdrətli dövləti hesab edilən Almaniyanın bu hava limanının tikintisini deyilən vaxtdan illər sonra - 2020-ci ildə (31 oktyabr) sərnişinlərin istifadəsinə verməsi bu prosesin nə qədər vaxt, sərmayə və zəhmət tələb etdiyini göstərir. Lakin müharibədən yeni çıxan Azərbaycanın dövlət başçısının qarşıya qoyulan məqsədə çatmaq üçün göstərdiyi fövqəl qətiyyət, iradə rəsmi Bakını istəyinə addım-addım yaxınlaşdırır.

Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. Belə qısa bir zamanda işğaldan azad edilən ərazilərdə bir-birinin ardınca beynəlxalq hava limanlarının inşasına başlanılması özü bir riskdir. Nəzərə alsaq ki, yalnız iki gün bundan əvvəl Ermənistan 15 əsir müqabilində yalnız Ağdama aid olan 97 min minanın basdırıldığı xəritəni rəsmi Bakıya təhvil verib, o zaman digər ərazilərdəki təhlükənin miqyasını təsəvvür etmək çətin deyil. Lakin Azərbaycan bütün əngəlləri, bütün maneələri aşmaq iqtidarında olduğunu hər ötən gün daha çox təsdiq edir. Çünki Azərbaycan Prezidenti yaxşı bilir ki, böyük qayıdış üçün bu hava limanlarının tikintisi prioritet məsələdir.

Bu hava limanlarının tikintisinin, digər sosial infrastrukturun yenidən qurularaq qısa bir zamanda istifadəyə verilməsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, işğaldan azad edilən ərazilərdə beynəlxalq hava limanı istifadəyə verməklə düşmənə, havadarlarına və bütün dünyaya göstərmiş oluruq ki, biz bu ərazilərimizə qayıtmışıq və məqsədimiz bu ərazilərdə yüksək səviyyəli həyat şəraitinin bərpa edilməsidir.

Bu layihənin iqtisadi əhəmiyyəti də olduqca vacibdir. Çünki bu aeroport bölgənin inkişafında əhəmiyyətli rol oynayacaq. Dağlıq Qarabağ ərazisi paytaxt Bakıdan uzaqda yerləşdiyindən bu ərazilərdə sürətli bərpa işlərinin aparılması üçün daşınmaların həyata keçirilməsində Füzuli aeroportunun xüsusi rolu olacaq. Bundan başqa, Füzulidə yeni hava limanı ilk növbədə ölkənin turizm sektorunun inkişafına təsir edəcək. Azərbaycanın turizm potensialı kifayət qədər yüksəkdir və Qarabağda yeni turizm mərkəzlərinin açılması ölkə üçün faydalı olacaq. Hava limanı bölgənin turizm potensialını və xüsusən Qarabağın incisi olan Şuşanın potensialını açacaq. Bu nəqliyyat infrastrukturu bölgənin iqtisadi və maddi-texniki inkişafına imkan vərəcəkdir.
Konkretləşdirsək, tikintisində həm yerli həm də xarici mütəxəssislərlərin əməyindən istifadə olunan Füzuli Beynəlxalq Hava Limanının inşası dirçəliş planımızın bir hissəsidir. Çünki bu aeroport Qarabağa açılan qapı olacaq.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
XƏBƏR LENTİ
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur





