Milli Məclis bir neçə qanuna dəyişiklik edib - Arzu Nağıyev
Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra qanun layihələrinə dəyişiklik edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, dəyişikliklər barədə deputat Arzu Nağıyev məlumat verib.
A.Nağıyev bildirib ki, plenar iclasın müzakirəsinə təklif olunan məsələ "Hərbi qulluqçuların statusu haqqında", "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanunun layihəsidir və uyğunlaşdırma xarakteri daşıyır.
Deputat qeyd edib ki, layihə Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya, eyni zamanda Əmək və sosial siyasət komitəsində baxılıb və plenar iclasa tövsiyə edilib:
"Məlumdur ki, bu sahələrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar davam etdirilir və əsas meyar kimi hər bir Azərbaycan vətəndaşının rifahı ən mühüm məsələdir.
Bu baxımdan 29 dekabr 2020-ci il tarixli "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə və 2020-ci il 31 dekabr tarixli 1223 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən - bəzi kateqoriya şəxslərin sırasından olan - şəhid uşaqları, müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqları, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqları sözləri çıxarılmış və Qanunda "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət" sözləri - "müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət" sözləri ilə əvəz edilmişdir. Dəyişikliklərə əsasən Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1225, 1228 və 1230 nömrəli Fərmanları ilə həmin kateqoriya şəxslərin təqaüdləri artırılmışdır.
29 dekabr 2020-ci il tarixli "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması məqsədilə "Hərbi qulluqçuların statusu haqqında", "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi nəzərdə tutulur.
Maddə 1. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
"3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aylıq müavinət ödənilir." Yəni bu kateqoriyadan olan ailəyə ayda 100 manat ödənilir. (Əvvəllər bu başqa bir formada həyata keçirilirdi)
Maddə 2. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin üçüncü abzası ləğv edilir (və konkret olaraq həmin 300 manatın əvəzinə 500 manat təqaüd veriləcəkdir)
Maddə 3. "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndi ləğv edilir ( əvvəllər 100 manat alan şəxslər indi 130 manat alacaqlar... Burada gözdən əlillik istisna edilir)
Bir daha qeyd etmək istəyirəm ki, bu artımlar cənab Prezidentin 30 dekabr 2020-ci il tarixli 1225, 1228 və 1230 nömrəli Fərmanları ilə həyata keçirilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
"Kurtlar vadisi"nin məşhur aktyoru yeni serialda - (Foto)
-
Azərbaycanın UNESCO irsi və xalçaçılıq sənəti Peruda belə tanıdılır - (Foto)
-
Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq
-
İşsiz şəxslərin diqqətinə: 478 manat...
-
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
-
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb!
-
"Çirkin"in yayım tarixi bəlli oldu
-
Su quyusuna yıxılan qadın öldü
-
Prezident İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Tarixi-dini abidələrin vahid məlumat bazası yaradıla bilər - Ramin Məmmədov
-
Azərbaycanda doğulanların sayı azalıb
-
Arda Gülerə Bellinqemdən böyük hörmətsizlik - (Video)
-
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - Rəsmi
-
Azərbaycan toylarında bu məşhur ənənə qadağan edilir?
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir
-
Zaqatalada güllələnmiş kişi meyiti tapıldı
-
Yuxu hormonu çatışmazlığı xərçəng riskini artıra bilər
-
Hava ilə bağlı son məlumat
-
Vəfat edən Jotanın adını deyənlərə görə ərəb klubuna ağır cəza
-
Azərbaycan əhalisinin sayı açıqlandı
-
İşğaldan azad edilmiş ərazilərdə ilk bərpa olunan tarixi-dini abidələr məscidlərdir - Gündüz İsmayılov
-
Universitetdən qovulan tələbə - “Məni belə yadda saxlayın” - (Video)
-
Bu ay 4 bürc pul içində üzəcək





