Siyasət

Bakı ilə Romanı həm də xalqlarımızın gələcək rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq birləşdirir - İtaliya Prezidenti

26 May 2021 20:24
Baxış: 676

Bakı ilə Romanı yalnız energetika sektorundan mədəniyyət sahəsinə qədər olan və ortaq maraqlara söykənən, ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə əldə edilən strateji məqsədlər deyil, həm də xalqlarımızın gələcək rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq birləşdirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu İtaliya Respublikasının Prezidenti Sercio Mattarella 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda yazıb.

İtaliyanın dövlət başçısı bildirib: "Azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olması pandemiyanın ən pis dövrlərində yenidən öz təsdiqini tapdı. Bunun da qarşılıqlı həmrəylik təşəbbüsləri ilə nəticələndiyini görmək mənim üçün xüsusi məmnunluq mənbəyidir.

Bu kontekstdə ümid edirəm ki, tezliklə Avropa İttifaqi ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi imzalanacaq. Əminəm ki, bu, ölkələrimiz arasında artıq mövcud olan möhkəm və çoxşaxəli münasibətlərin daha da inkişafına təkan verəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.