Paşinyanlaşan Makron: Parisdə erməni sancılarının səbəbi nədir?
Fransa prezidenti Emmanuel Makron diplomatiyanın, siyasətin, dövlətlərarası münasibətlərin bütün yazılmış, habelə yazılmamış qaydalarını pozmağa davam edir.
Ermənidən artıq erməni olduğunu göstərməyə çalışan E.Makronun sosial şəbəkələrdəki rəsmi profillərində erməni dilində belə açıqlama paylaşılıb:
"Azərbaycanın Silahlı Qüvvələri Ermənistan ərazisinə daxil olublar. Onlar dərhal geri çəkilməlidir. Bir daha erməni xalqına müraciət edirəm: Fransa sizinlə həmrəydir və belə olmağa davam edəcək".
Daha sonra o, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefonla danışıb. Danışıq əsnasında Makron bəyan edib: "Bir daha təkrar edirəm ki, Azərbaycan hərbçiləri Ermənistan ərazisindən dərhal çıxarılmalıdır. Fransa regiondakı durumun stabilləşməsi üçün gərgin vəziyyətin BMT Təhlükəsizlik Şurası çərçivəsində nizamlanmasını arzulayır".
Göründüyü kimi, ötən ilin sentyabrın 27-də başlayaraq noyabrın 10-da başa çatan 44 günlük İkinci Qarabağ Müharibəsində və sonrakı situasiyada ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri kimi bölgədəki olaylara təsir imkanlarını tam itirən Fransa indi yenidən Cənubi Qafqazda aktivləşmək niyyətindədir.

Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağ münaqişəsinin və "Dağlıq Qarabağ statusu"nun de-fakto, habelə de-yure aktuallığının və reallığının itməsindən sonra rəsmi Paris bölgədə Ankara və Moskvaya qarşı geosiyasi rəqabətdə uduzluğunu anlayıb.
Fransa indi yeni strategiya hesab etdiyi bəyanatlarla faktiki olmayan yerini bərpa etməyə çalışır.
Parisin son aylardakı mövqeyini, xüsusilə də Fransa Senatının qarabağlı ermənilərin "dövlət müstəqilliyinin tanınması" ilə aberrativ açıqlamalarını, daha sonra da Fransa XİN-nin bəyanatlarını xatırlasaq, Bakı ilə Paris arasındakı münasibətlərin asanlıqla sərinlik müstəvisindən çıxmasını təxminləmək sadəlövhlük olardı.
Fransa Senatı qarabağlı ermənilərə "hamilik" edəndə Yelisey Sarayı bəyan etmişdi ki, Senat heç də Parisin rəsmi mövqeyini əks etdirmir.
Bəs Fransanın Xarici İşlər Nazirliyi qarabağlı erməni separatçılarına tam dəstək verəndə, faktiki olaraq erməni separatizmini və terrorizmini legitimləşdirməyə çalışanda necə, bu nazirlik də ölkə rəhbərliyindən muxtar davranıb?!
Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən məhrum edilməsini istəyir. Bundan başqa, rəsmi Bakı Fransa şirkətləri ilə imzaladığı anlaşmalara yenidən baxır.
Bəhs etdiyimiz situasiyada E.Makronun Qarabağ münaqişəsinin nizamlayıcısı və illah da ki, sülhməramlı siyasətçi kimi fəaliyyət ehtimalı sıfıra bərabərdir.
Onu da etiraf etməliyik ki, rəsmi Parisin və xüsusilə də Emmanuel Makronun davranışının Ermənistanda doğurduğu təbliğat, PR effekti yüksəkdir. Belə bəyanatlar və açıqlamalar ermənilərdə Qərbin aşkar və aktiv dəstəyinin mövcudluğu, ən əsası isə Qərbin "hami" qismində Rusiyaya cazibədar alternativ olması əminliyi yaradır.

Emmanuel Makronla Nikol Paşinyan sərhəddəki delimitasiya və demarkasiya ilə bağlı yaranmış vəziyyətdən maksimum dividendlər əldə etməyə çalışırlar.
Paşinyan iyunun 20-də keçiriləcək parlament seçkiləri ərəfəsində reytinqini yüksəltməyə, Makron isə Cənubi Qafqazda geosiyasi revanşı gerçəkləşdirməyə can atır.
İkinci Qarabağ Müharibəsi günlərində BMT-nin Təhlükəsizlik Şurasında ölkəmizə qarşı sanksiyaları nəzərdə tutan qətnamə layihəsinin qəbuluna can atan, amma niyyətini gerçəkləşdirə bilməyən Paris indi yenə məsələni BMT TŞ müstəvisinə çıxarmağa səy göstərir.
Fransanın davranışında təəccüblü heç nə yoxdur. De-yure ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biri olan Fransa erməni terrorizminə 40 illik himayə və dəstək təcrüübəsinə malikdir. Ermənistanın aqressiv və işğalçı siyasətini daim dəstəkləyən, İrəvanı daha da aqressiv davranmağa ruhlandıran Fransa İkinci Qarabağ Müharibəsində dünyanın müxtəlif ölkələrindən minlərlə muzdlunun Qarabağa döyüşməyə yollanmasını təşkil etmişdi.
Məhz Fransanın xüsusi xidmət strukturları Yunanıstanın aviaşirkətləri ilə məxfi əməliyyatlar keçirərək muzdluların İrəvana daşınmasını reallaşdırmışdılar.
Fransa nəyin bahasına olursa-olsun, Türkiyə və Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır.
Ermənistan həmişə olduğu kimi, Paris üçün sadəcə, alətdir.
Bilavasitə Emmanuel Makrona gəldikdə isə, onun Ermənistanı aşkar dəstəkləməsi və bunu çox primitiv şəkildə etməsi fransızları qıcıqlandırır.
"Geosiyasi məsələlərlə bağlı məsləhətlər vermək üçün ilk əvvəl dövlət başçısı öz ölkəsində qayda yaratmalıdır. Makron isə təlxəkdir, dünyanı bizə güldürür", - parislilər sosial şəbəkələrdə yazırlar.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb





