"Artıq düşmənin xırda bir təxribatına da sərt cavab verilməlidir" - Polkovnik
"Prezident İlham Əliyevin hər bir kəlməsi strateji səviyyədə qoyulmuş tapşırıqdır. Bu mesajlar bütün qurumlar tərəfindən də eyni şəkildə nəzərə alınmalıdır".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, Prezidentin Cəbrayıldakı məlum mesajından sonra düşmənin istənilən təxribatına sərt cavab verilməlidir:
"Prezidentin bu mesajı ilə artıq qurumlar da gərəkli tapşırığı alıblar. Təbii ki, bundan sonra bu şəkildə ən adi, xırda təxribata qarşı anında cavab verilməlidir və veriləcəkdir. Hətta deyərdim ki, onların bu cür müxtəlif bəhanələrlə hər hansı bir sərhəd pozma halları olsa belə, bizim sərhədlərimizdə xidmət göstərən əsgərlərimizə qarşı hər hansı bir atışma halı olmasa belə mütləq şəkildə sərt cavab verilməli idi. Düşünürəm ki, cənab Prezidentin artıq bu mesajı qeyd etməsi o deməkdir ki, adekvat cavab verilməli idi və bundan sonra da gərəkli addımlar atılacaq. Əgər ən kiçik təxribatın belə qarşısı alınmazsa, bu cür hallar adiləşər. Ona görə mütləqdir ki, biz kimliyindən asılı olmayaraq, hətta mülki şəxs belə olsa, bizim hərbi qulluqçumuza təxribat törədilirsə, gözə-göz, qaşa-qaş qətiyyətlə düşmənə layiq olduğunu göstərək".

Xatırladaq ki, təxminən iki həftə əvvəl ermənilər Zəngilan və Qubadli istiqamətində atəşkəsi pozdular. Lakin Rusiyanin xahişi ilə qarşı tərəfə cavab atəşi açmadıq. Prezident İlham Əliyev isə Cəbrayılda sərhəd zastavasının açılışı zamani "Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək" dedi.
Qeyd edək ki, dünəndən etibarən sosial şəbəkələrdə Azərbaycan Ermənistan sərhədində delimitasiya zamanı yaşanan hadisənin video-görüntüləri yayılıb. Görüntülərdə erməni zabiti Azərbaycan tərəfinə keçməyə çalışır. Dövlət Sərhəd Xidmətinin zabit və əsgərləri ona təmkinlə mane olmağa çalışarkən, erməni zabit sözügedən ərazinin onlara aid olduğunu iddia edərək irəliləməyə çalışıb. Hadisənin Azərbaycan-Ermənistan sərhədinin Sünix vilayəti ilə həmsərhəd hissəsində baş verdiyi bildirilir.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)





