Lavrov Ərdoğanı qabaqlamaq üçün Bakıya gəlir - Politoloq - VİDEO
Sergey Lavrovun mayda planlaşdırılan Yerevan səfərindən sonra birbaşa Bakıya gəlməsi rahat olardı. Lakin o, Moskvaya qayıdıb sonra Bakıya gəlir. Burada müəyyən təkliflərin olmasını ehtimal edirəm. Amma mən Lavrovdan müsbət təklif gözləmirəm. Onun bütün təklifləri Azərbaycanın ziyanına olub.
Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Lavrov Şuşaya gəlməsi planlaşdırılan Ərdoğanı qapaqlamaq məqsədi ilə belə bir səfər təşkil edib:
"Baydenin qondarma "erməni soyqırımı" barədə açıqlamasından sonra Ərdoğanın dərhal İlham Əliyevə zəng etməsi və birgə addımlar barədə danışıqlar aparılması Rusiyanı qorxudur. Bu səbəbdən Lavrov Ərdoğanı qabaqlamaq istəyir. Onlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ramazan ayından sonra planlaşdırılan Şuşa səfərində ciddi təkliflərin olmasından ehtiyat edirlər. Mənim bu təkliflər haqqında müəyyən təsəvvürlərim var. Bunlardan birinin Türkiyənin Şuşada konsulluğunun açılmasıdır.
Rusiya artıq Türkiyənin bölgədəki rolunu qəbul edib. Lakin yenə də Türkiyənin müəyyən planlarından Rusiyadakı ermənipərəst qüvvələr narahatdır. Ancaq nəzərə almaq lazımdır ki, biz artıq seçimizi etmişik. Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik".
Ekspert onu da qeyd edib ki, Lavrovun Xankəndində sülhməramlıların paradından bir gün sonra Bakıya gəlməsi də diqqətçəkən məqamlardandır:
"Ola bilsin bu, səfərin məqsədi Bakını sakitləşdirməkdir. Çünki vəziyyət getdikcə gərginləşir. Ermənilərin təxribatı artır, sərhəddə atəşkəsi pozurlar. Vəziyyət o həddə gələ bilər ki, biz antiterror əməliyyatı başlaya bilərik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
XƏBƏR LENTİ
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın





